koordinator-M.Bashirov

Kinematika



   Bərabərsürətli hərəkət

Kinematikada ölçüləri nəzərə alınmayan cismə maddi nöqtə deyilir.

  Maddi nöqtənin hərəkətinin xəyali izinə trayektoriya deyilir. Trayektoriyasına görə hərəkət iki cür olur:-düzxətli və   -əyri xətli.

Cismin vəziyyəti koordinatla müəyyən olunur. X0 cismin başlanğıc koordinatı ,  X isə son koordinatı adlanır.Bu koordinatların fərqi cismin ğetdiyi yoly verəcək. S=X-X0 Burada S -cismin getdiyi yoldur.[S]=m (metr)

[ ]-işarəsi fiziki kəmiyyətin vahidini göstərir.

Cisim bərabər zaman fasilələrində bərabər yollar qət edərsə,belə hərəkət bərabərsürətli hərəkət deyilir.

V=S/t ifadəsi maddi nöqtənin sürəti adlanır.Sürət vektorial kəmiyyətdir.Işarəsi maddi nöqtənin OX oxu boyu hərəkət edib -etməməsindn asılıdır.

məsələn:A nöqtəsindən hərəkət başlayan cisim üçün X=5+8t ,B nöqtəsindən hərəkət başlayan cisim üçün is X=20-2t olar.

Bu cisimlrin görüş yeri və vaxtını tapmaq üçün onların son koordinatlarını bərabərlşdirmək lazımdır.

5+8t=20-2t ,buradan da 10t=15 ,  t=1,5 san alarıq.Bu qiyməti yerinə yazsaq onda görüş yeri X=5+8x1,5=17 m alacağıq.

MBM  2 3   



Hosted by uCoz